×
A
A
A
Sazlamalar

Premyer Liqa: “Səbail” turun son oyununda autsayderi qəbul edəcək

Bakı, 6 may, AZƏRTAC

Azərbaycan Premyer Liqasında XXXIII tura yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, günün yeganə oyununda "Səbail" və "Qəbələ" komandaları üz-üzə gələcəklər. "ASCO Arena"da baş tutacaq qarşılaşma saat 19:00-da start götürəcək.
Hazırda "Səbail" 42 xalla altıncı, ötən tur "Kəpəz"ə məğlub olaraq Premyer Liqa ilə vidalaşan "Qəbələ" isə 17 xalla sonuncu - 10-cu yerdədir.
Turun daha əvvəl reallaşan görüşlərində "Qarabağ" "Neftçi"yə 5:0, "Zirə" "Turan Tovuz"a 2:1, "Sabah" "Araz-Naxçıvan"a 1:0 hesabı ilə qalib gəlib. "Kəpəz" - "Sumqayıt" görüşü isə 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

 

İdman 2024-05-06 10:40:00