×
A
A
A
Sazlamalar

Gəmilərdə atom saatı quraşdırılacaq

Bakı, 6 may, AZƏRTAC

ABŞ-nin “Vİctor İncorporation” şirkəti gəmilərdə atom saatlarının quraşdırılacağını bildirib.
AZƏRTAC xəbər verir ki, atom saatları yüksək dəqiqliyi ilə seçilir. Şirkət artıq bu saatları Atlantik okeanında üzən gəmilərdə sınaqdan keçirib.
Şirkətin açıqlamasında bildirilir ki, atom saatlarını dəqiq sinxronlaşdırmaq mümkündür. Dəqiq vaxt naviqasiya, peyk rabitəsi və internet təchizatı üçün vacibdir. Gəmilərdə quraşdırılan atom saatları vaxtın dünya səviyyəsində yüksək dəqiqliklə sinxronlaşdırılmasına imkan verəcək.
Qeyd edək ki, atom saatları ətraf mühitin təsirlərinə qarşı həssas deyil. Nüvə reaksiyası sabit olduğu üçün bu saatların xətası 3 milyon ildə 1 saniyəni ötmür.

Dünya 2024-05-06 02:23:00