×
A
A
A
Sazlamalar

Türkiyədə “Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə “Gənclik həftəsi” keçirilir

İstanbul, 18 may, Günel Karatepe, AZƏRTAC

Türkiyədə qeyd ediləcək “19 May - Atatürkü Anma, Gənclik və İdman Bayramı” münasibətilə ölkədə “Gənclik həftəsi”nə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bayram münasibətilə ölkədə ilk dəfə “Türkiyənin gücü: gəncliyi” adlı “Gənclik və İdman” festivalları təşkil olunub. Ölkənin 81 vilayətində keçirilən idman yarışlarının hər yaşda insanı əhatə etməsi nəzərdə tutulur.
Türkiyənin Gənclik və İdman Nazirliyi tərəfindən 2024-cü ilin “Hərəkətlilik ili” elan edilməsi münasibətilə “Sağlam gələcək üçün hərəkət et” şüarı ilə təşkil olunan festivallar çərçivəsində idman yarışları ilə yanaşı rəsm sərgiləri, elm və texnologiya təcrübə mərkəzləri, uşaqlar üçün teatr tamaşaları kimi tədbirlər keçirilir.

 

Dünya 2024-05-18 16:41:00