×
A
A
A
Sazlamalar

Türkiyə Əfqanıstana 24 ton humanitar yardım yollayıb

Ankara, 18 may, AZƏRTAC

Türkiyə Əfqanıstana növbəti humanitar yardım partiyasını yollayıb.
AZƏRTAC xəbər verir ki, 24 ton humanitar yardım yüklənmiş hərbi-nəqliyyat təyyarəsi Əfqanıstanın şimal-qərbində yerləşən Balh əyalətinin inzibati mərkəzinə - Məzari-Şərif şəhərinin hava limanına enib.
Türkiyənin Qırmızı Aypara Cəmiyyətinin və Fövqəladə Hallar İdarəsinin (AFAD) xətti ilə hazırlanmış yükə 2 min adyal, 14,3 min ton ərzaq və 7 min ton dərman preparatları daxildir.
Yardımın Baqlan, Tahar və Bədəxşan əyalətlərinin sakinləri arasında bölüşdürülməsi planlaşdırılır. BMT-nin məlumatına görə, bu əyalətlərdə mayın 10-11-də daşqınlar nəticəsində 300-dən çox insan həlak olub.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara

Dünya 2024-05-18 16:44:00