Avropa Kuboku: Azərbaycan gimnastı gümüş medal qazanıb VİDEO
Bakı, 5 may, AZƏRTAC
Gənc bədii gimnastlardan ibarət Azərbaycan millisinin üzvü İlahə Bahadırova Bakıda keçirilən Avropa Kubokunda gümüş medal qazanıb.
AZƏRTAC xəbər verir ki, o, topla hərəkətlərdə çıxışda fəxri kürsünün ikinci pilləsinə yüksəlib.
Digər gimnastımız Gövhər İbrahimova isə halqalarla hərəkətlərdə yeddinci pilləni tutub.
Milli Gimnastika Arenasında təşkil olunan Avropa Kubokunda 37 ölkədən 160 idmançı iştirak edir. Yarışa bu gün - mayın 5-də yekun vurulacaq.
Azərbaycanın üç cüdoçusu dünya çempionatında mübarizəyə başlayır
İngiltərədə 11 yaşdan kiçik futbolçulara topa başla vurmaq qadağan ediləcək
“Real Madrid” 2025-ci ildə Mak Allister ilə müqavilə imzalaya bilər
Basketbol üzrə Azərbaycan çempionatında bürünc medalların sahibi bəlli olub