×
A
A
A
Sazlamalar

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Bakı, 4 may, AZƏRTAC
Səbail Rayon Polis İdarəsinə mayın 2-si saat 3 radələrində Rüfət adlı şəxsin Bakı şəhər sakini olan bir nəfəri bıçaqla hədələyib onun “Renault” markalı avtomobilini quldurluq yolu ilə talaması barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, avtomobil həmin gün səhər saatlarında polislər tərəfindən Salyan yolu 12-nin qarşısında saz vəziyyətdə tapılıb.
Hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 2000-ci il təvəllüdlü Rüfət Eynullayev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı rayon polis idarəsində araşdırma aparılır.

 

Cəmiyyət 2024-05-04 13:27:00