×
A
A
A
Sazlamalar

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Səudiyyə Ərəbistanında Ali Səviyyəli Toplantısı keçiriləcək

Bakı, 18 may, AZƏRTAC

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Səudiyyə Ərəbistan Krallığında Ali Səviyyəli Toplantısı baş tutacaq.
Bu barədə AZƏRTAC-a Nizami Gəncəvi Beynəlxalq Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Ali Səviyyəli Toplantı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Kral Faysal Araşdırma və İslami Tədqiqatlar Mərkəzi və BMT-nin Sivilizasiyalar Alyansı ilə birgə əməkdaşlığı çərçivəsində “Dəyişən dünyada Yaxın Şərq: Qeyri-müəyyənliklər, risklər və imkanlar” mövzusunda keçiriləcək.
Mayın 19-20-də baş tutacaq tədbirdə dünyanın 10-dan çox ölkəsindən 100-ə yaxın qonaq iştirak edəcək.

Cəmiyyət 2024-05-18 12:14:00