×
A
A
A
Sazlamalar

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Bakı, 4 may, AZƏRTAC

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 3-də ümumi çəkisi 33,8 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, narkotik vasitələr - 29,6 kiloqrama yaxın marixuana, 3,1 kiloqrama yaxın tiryək, 1,1 kiloqramdan çox metamfetamin, həmçinin 510 metadon həbi və 160 çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

 

Cəmiyyət 2024-05-04 11:15:00