×
A
A
A
Sazlamalar

Azərbaycanın Əməkdar artisti İtaliyada operada baş rolda çıxış edib

Roma, 1 may, AZƏRTAC
Azərbaycanın Əməkdar artisti Afaq Abbasova İtaliyada görkəmli italyan bəstəkarı Cakomo Puççininin “Bogema” operasında çıxış edib.
AZƏRTAC xəbər verir ki, opera tanınmış rejissor Qriça Asaqarov və dirijor Marko Severinin rəhbərliyi ilə Gran Teatro Puccini Torre del Lagoda səhnələşdirilib. Tamaşada baş roldakı Mimi obrazını Afaq Abbasova ifa edib.
Əməkdar artist İtaliyada və digər ölkələrdə səhnələşdirilən tamaşalarda çıxışından və ölkəmizin təmsil etməkdən məmnunluğunu ifadə edib. Bildirib ki, tamaşa davamlı olaraq İtaliyanın Lukka şəhərindəki Teatro del Giglioda və digər şəhərlərdə şəhnələşdirilir. Tamaşanın gələcəkdə kiçik formatda Bakıda səhnələşdirilməsi gözlənilir.

Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma

Mədəniyyət 2024-05-01 03:07:00