×
A
A
A
Sazlamalar

Azad edilmiş ərazilərdə aşkarlanmış kütləvi məzarlıqların sayı açıqlanıb

Bakı, 30 aprel, AZƏRTAC

İşğaldan azad edilmiş ərazilərdə hazırkı vaxtadək 18 kütləvi məzarlıq aşkarlanıb. Həmin kütləvi məzarlıqlardan ən azı 172 nəfərə məxsus meyit qalıqları tapılıb.
AZƏRTAC xəbər verir ki, bunu Əsir və itkin düşmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkil etdiyi mətbuat konfransında Baş Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinin rəis müavini - Kriminalistika şöbəsinin rəisi, ədliyyə müşaviri Orxan Rzayev deyib.
“Onlardan 55 nəfərinin şəxsiyyəti eyniləşdirilib”, - deyə o əlavə edib.

Cəmiyyət 2024-04-30 14:31:00