Masallıda qətldə şübhəli bilinən şəxs saxlanılıb
Bakı, 20 may, AZƏRTAC
Mayın 20-də saat 20 radələrində Masallı rayonunun Şıxlar kəndi ərazisində rayonun Qasımlı kənd sakini, 1971-ci il təvəllüdlü Seymur Alışanovun ov silahı və kəsici alətlə qətlə yetirilməsi ilə bağlı polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan AZƏRTAC-a verilən məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən həmkəndlisi, 1994-cü il təvəllüdlü Aslan Ağazadə saxlanılıb. Hadisə şəxsi münaqişə zəminində baş verib. Araşdırma aparılır.
Böyük Britaniyada yaşayan azərbaycanlı nüfuzlu cəmiyyətin üzvü olub
Bakıda keçirilən yerli şirkətlərin sərgisi başa çatıb
Quş qripi xəstəliyinə qarşı monitorinqin nəticələri açıqlanıb