Ədliyyə naziri Tovuzda vətəndaşları qəbul edib
Bakı, 21 may, AZƏRTAC
Mayın 20-də ədliyyə naziri Fərid Əhmədov Tovuz şəhərində yerləşən Nizami Gəncəvi adına Tovuz rayon Mədəniyyət evində vətəndaşları qəbul edib.
AZƏRTAC xəbər verir ki, qəbuldan əvvəl nazir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin abidəsini ziyarət edib və önünə gül dəstəsi qoyub.
Şəmkir, Tovuz və Gədəbəy rayon sakinlərinin qəbulu zamanı onların ədliyyə fəaliyyəti ilə bağlı müraciətlərinə baxılıb.
Vətəndaşların müraciətlərində qaldırılan problemlərin bir qismi yerində müsbət həllini tapıb, digər müraciətlərin isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə araşdırılması ilə əlaqədar nazirliyin aidiyyəti rəhbər şəxslərinə tapşırıqlar verilib.
Səfər çərçivəsində nazir, həmçinin Tovuz Rayon İcra və Probasiya, eləcə də Qeydiyyat şöbələrinə və Tovuz Rayon Məhkəməsinə baş çəkib, infrastruktur və iş şəraiti ilə tanış olub.
Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilir.
Küveytdə Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi anılıb
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
FHN kəskin hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib
TƏBİB-in kollektivi Ümummilli Liderin məzarını ziyarət edib
SOCAR-ın kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib