Medianın İnkişafı Agentliyində Sığortaçılar Assosiasiyasının icraçı direktoru ilə görüş olub
Bakı, 30 aprel, AZƏRTAC
Medianın İnkişafı Agentliyinin (MEDİA) İcraçı direktoru Əhməd İsmayılovla Sığortaçılar Assosiasiyasının icraçı direktoru Elmar Mirsalayev arasında görüş keçirilib.
MEDİA-dan AZƏRTAC-a bildirilib ki, görüşdə Əhməd İsmayılov ölkəmizdə media sahəsində həyata keçirilən islahatların gedişatından danışıb, cəmiyyətin, eləcə də media subyektlərinin və jurnalistlərin sığorta sektoru ilə bağlı məlumatlılığın artırılmasının vacibliyini vurğulayıb.
Elmar Mirsalayev isə son illər sığorta sektorunda aparılan islahatlardan və əldə olunan nailiyyətlərdən bəhs edib, birgə layihələrin icrasının xüsusi önəm daşıdığını bildirib.
Görüşdə ikitərəfli əlaqələrin gücləndirilməsi, səmərəli əməkdaşlıq və münasibətlərin inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Ədliyyə naziri Tovuzda vətəndaşları qəbul edib
Azərbaycanla Tacikistan arasında əməkdaşlıq imkanları müzakirə edilib
Masallıda qətldə şübhəli bilinən şəxs saxlanılıb
Dövlət Komitəsinin illik məlumatı Milli Məclisin plenar iclasına tövsiyə olunub