Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb
Bakı, 25 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi ilə Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Bu barədə AZƏRTAC-a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, sənədi Azərbaycan tərəfindən Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Qırğızıstan tərəfindən isə əmək, sosial təminat və miqrasiya naziri Gülnarə Batırova imzalayıblar.
Qırğız Respublikasının Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri çərçivəsində imzalanmış sənədlər sırasında olan Anlaşma Memorandumunun iki dövlət qurumu arasında münasibətlərin ən yüksək səviyyədə inkişafına, xalqlarımız və dövlətlərimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə, əməkdaşlığın yüksələn xətt üzrə inkişafına böyük töhfə verəcəyinə əminlik ifadə olunub.
Qeyd edək ki, 2023-cü il noyabrın 22-də Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Türk Dövlətləri Təşkilatına Üzv Ölkələrin Diaspor Məsələlərinə Məsul Qurum Rəhbərlərinin 5-ci iclasında iştirak edib. İclasa ev sahibliyi edən Qırğız Respublikasının Əmək, Sosial Təminat və Miqrasiya Nazirliyi və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsi rəhbərlərinin ikitərəfli görüşü zamanı mədəniyyət və diaspor quruculuğu sahəsində birgə fəaliyyətin, əməkdaşlığın təşkili məqsədilə 2024-cü ildə anlaşma memorandumunun imzalanması mümkün hesab olunub.
Polşada Azərbaycanın Milli Qəhrəmanı Hökümə Əliyeva adına təqaüd proqramı təsis olunub
Köln şəhər bələdiyyəsində Almaniya Azərbaycanlıları Alyansı ilə əməkdaşlıq müzakirə olunub
Norveç Nobel Komitəsinə 20 Yanvar faciəsi ilə bağlı bəyanat ünvanlanıb
Sloveniyada ahıllar evində Azərbaycana dair təqdimat keçirilib
Qars valisi, bələdiyyə başqanı və diaspor təşkilatlarının rəhbərləri ilə görüş keçirilib