Türk Dövlətləri Təşkilatında təcrübə proqramı həyata keçirilir
Bakı, 10 may, AZƏRTAC
Mayın 5-11-də Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin diasporla iş üzrə məsul qurumlarının nümayəndələri üçün təcrübə proqramı həyata keçirilir.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, təcrübə proqramı TDT və Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Xaricdə Yaşayan Türklər və Əqrəba İcmaları Baş İdarəsinin (YTB) birgə təşkilatçılığı ilə baş tutur.
Proqram diaspor qurumları arasında əməkdaşlığın inkişafı, qarşılıqlı anlaşma və bilik mübadiləsinin təşviqi və məsul şəxslərlə bir həftə ərzində hərtərəfli praktik təcrübə məqsədi daşıyır.
Qeyd edək ki, Türk Dövlətləri Təşkilatının diaspor məsələlərinə məsul dövlət qurumları və təşkilatlarının rəhbərlərinin Bişkekdə keçirilən beşinci görüşündən sonra tərəflər mühüm addım ataraq yeni təcrübə proqramına başlamaq qərarına gəliblər.
Kanadada “Azərbaycan İrs Günü” adlı tədbir təşkil olunub
Stokholmda Skandinaviya Azərbaycanlıları Koordinasiya Şurasının iclası keçirilib VİDEO
Helsinkidə Azərbaycan Evinin uğurları və diaspor fəaliyyəti müzakirə olunub