Rus evində “Bakı. Sevgi. Bahar.” festivalı keçirilir
Bakı, 19 aprel, AZƏRTAC
Bakıdakı Rus evində (Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi / RİMM) “Bakı. Sevgi. Bahar.” festivalı açılıb. Tədbir RİMM fotoklubunun layihəsi çərçivəsində keçirilir.
Rusiya İnformasiya-Mədəniyyət Mərkəzinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, festivalın məqsədi Bakıya, fotoqrafiyaya və həyatın özünə aşiq olan istedadlı yaradıcı insanları birləşdirməkdir.
Rəssam Ülviyə Sadıxova qonaqların qarşısında rəngarəng bahar obrazını çəkib.
Fotoqraflar Valeri Bazrux, Aydın Mextiyev, Vsevolod Tsurikov və Hikmət Sadıxovun, həmçinin festivalın digər iştirakçılarının ilin ən ilhamlandırıcı və çiçəklənən fəslində sevgini, baharı, mehriban və romantik Bakını birlikdə ehtiva edən əsərlərinə baxış olub.
Sonda musiqiçi Araz Hümbətlı və Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimi Alyona İnyakina çıxış ediblər.
Bakıda “De Bur Sarayının kaminləri” layihəsinə həsr olunmuş mətbuat konfransı keçirilib
Müəllif: "Atabəylər Şəmsəddin Eldəniz" kitabı Azərbaycanın intibah dövrünü əhatə edir VİDEO
“Azərbaycan Atabəyləri” bədii-sənədli filminin qala-premyerası olub VİDEO
Ombudsman: Əlilliyi olan şəxslərlə bağlı layihələrin təşkilini yüksək qiymətləndiririk
Qabal kəndində azərbaycanlıların dostu İlya Çavçavadzeyə həsr olunan dəyirmi masa keçirilib