Adil Kərimli: Əsas məqsəd mədəniyyətin iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır
Bakı, 2 may, AZƏRTAC
Biz Forum çərçivəsində keçirilən tədbirlərdə daha inklüziv dünya və sülh yaratmaq üçün önəmli mövzuları müzakirə etdik. Bunlardan mədəniyyət və irs, təhsil və texnologiya, din, miqrasiya, gənclərin cəlb olunması və turizmin mədəniyyətlərarası dialoqa təsirini misal göstərə bilərik.
AZƏRTAC xəbər verir ki, bu sözləri mədəniyyət naziri Adil Kərimli “Sülh və qlobal təhlükəsizlik naminə dialoq” mövzusunda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimində çıxışı zamanı deyib.
Forumda Bakıda keçiriləcək COP29 ilə bağlı önəmli fikirlər səsləndirildiyini bildirən nazir qeyd edib: “Bu gün Bakı Forumu yekunlaşır. Forumun açılış mərasimində Prezident İlham Əliyevin dərin məzmunlu çıxışına və mədəniyyətlərarası dialoqa göstərdiyi xüsusi dəstəyinə görə minnətdarıq.
Bizim əsas məqsədimiz mədəniyyətin bəşəriyyətin qarşıdan gələn iqlim dəyişikliyi məsələlərinin həll olunmasında önəmli yer tutmasıdır. Daha güclü və dayanıqlı gələcək üçün dəyişikliklər etməliyik”.
Azərbaycanın turizm imkanları Çində sərgilənir
Milli Teatrda “İblis” tamaşasının məşqlərinə başlanılıb
Azərbaycandan olan gənc skripkaçı Dinu Lipatti adına müsabiqənin mütləq qalibi olub
AZƏRBAYCANIN GƏNC MUSİQİÇİLƏRİ
Cəmil Sədizadə
Musiqi Mədəniyyəti Dövlət Muzeyində “Muzeydən təhsilə” adlı tədbir keçirilib