×
A
A
A
Sazlamalar

HONOR Magic6 Pro İstanbulda təqdim olunub

İstanbul, 18 aprel, AZƏRTAC

HONOR Device Co. Ltd. şirkəti aprelin 18-də smartfon dünyasında öz sözünü demiş HONOR Magic6 Pro-nun İstanbulda satış təqdimatını keçirib.
AZƏRTAC xəbər verir ki, HONOR-un Avrasiya üzrə regional prezidenti Jason Liu mobil cihazlar dünyasında yenilikləri ilə seçilən HONOR-un təqdim etdiyi Magic6 Pro-nun fərqli xüsusiyyətlərindən danışıb. Jason Liu fotoqrafiya, ekran və performans sahəsində irəliləyişlərə malik olan HONOR Magic6 Pro-nun türkiyəli telefon həvəskarları üçün əvəzsiz bir seçim olduğunu diqqətə çatdırıb.
Qeyd edək ki, HONOR Magic6 Pro bu gündən Türkiyə bazarında satışa çıxarılır. Bu smartfonu türkiyəli alıcılar 59,999.99 TL artıq əldə edə bilərlər.

Dünya 2024-04-18 15:27:00