Bloomberg: İlon Maskın sərvəti bir həftə ərzində 37,3 milyard dollar artıb
Bakı, 1 may, AZƏRTAC
Amerikalı milyarder İlon Maskın sərvəti aprelin son həftəsində 37,3 milyard dollar artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi məlumat yayıb.
Bu göstərici Maskın 2022-ci ilin martından bəri ən böyük həftəlik artımıdır.
Agentliyin qeyd etdiyi kimi, Mask hazırda dünyanın ən varlı adamları siyahısında üçüncü yerdədir. Onun sərvəti 202 milyard dollar dəyərində qiymətləndirilir.
“Meta” Slovakiyanın Baş nazirinə sui-qəsd edən şəxsin feysbuk hesabını silib
Rəsmi Tbilisi Venesiya Komissiyasının rəyini sərt tənqid edib
Süni intellekt tibb işçilərinə kömək edəcək
Vladimir Putin: İran Prezidenti etibarlı tərəfdaş idi
Çin kəşfiyyatına cəsusluqda ittiham olunan keçmiş Britaniya dəniz piyadası ölü tapılıb