Azərbaycanın cüdo hakimi Paralimpiya Oyunlarına təyinat alıb
Bakı, 18 aprel, AZƏRTAC
Azərbaycan cüdo hakimi Nazim Umbayev növbəti dəfə təyinat alıb.
Azərbaycan Cüdo Federasiyasından AZƏRTAC-a verilən məlumata görə, A kateqoriyalı beynəlxalq dərəcəli referi sentyabrın 5-7-də Fransanın paytaxtı Parisdə keçiriləcək Paralimpiya Oyunlarında ədalət təmsilçiləri sırasında yer alacaq.
Nazim Umbayev 2017-ci ildə B kateqoriyalı, 2022-ci ildə A kateqoriyalı beynəlxalq dərəcəli hakim adını alıb. O, 2022-ci ilin sonundan etibarən Beynəlxalq Cüdo Federasiyasının təşkilatçılığı ilə Dünya Cüdo Turu çərçivəsində keçirilən nüfuzlu yarışlarda hakim kimi iştirak edir.
Nazim Umbayev hazırda cüdo hakimlərinin dünya reytinqində 19-cu yerdədir.
Rafael Fiziyev UFC turnirində iştirak etmək üçün Bakıya gəlib
Azərbaycan akrobatları Bakıdakı Dünya Kubokunda finala yüksəliblər
Avropa çempionatı: Azərbaycanın sərbəst güləşçiləri 2 qızıl, 1 bürünc medal qazanıblar
“Sabah” klubu baş məşqçisi ilə yollarını ayırıb
Azərbaycan cüdoçuları dünya çempionatının ikinci gününü də medalsız başa vurublar