×
A
A
A
Sazlamalar

Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la cavab görüşünə çıxacaq

Bakı, 18 aprel, AZƏRTAC

Bu gün Konfrans Liqasında 1/4 final mərhələsinin cavab görüşləri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Türkiyənin turnirdəki yeganə təmsilçisi “Fənərbağça” ilk matçda 2:3 hesabı ilə məğlub olduğu Yunanıstan “Olimpiakos”unu İstanbulda qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Konfrans Liqası
1/4 finalın digər oyunları
18 aprel
20:45. “Lill” – “Aston Villa”
İlk oyun – 1:2
20:45. “Fiorentina” – “Viktoriya”
İlk oyun – 0:0
23:00. PAOK – “Brügge”
İlk oyun – 0:1

 

İdman 2024-04-18 11:59:00