Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq
Bakı, 18 aprel, AZƏRTAC
UEFA Çempionlar Liqasında yarımfinala yüksələn son iki komandanın adına aydınlıq gəlib.
AZƏRTAC xəbər verir ki, "Bavariya" doğma meydanda İngiltərə "Arsenal"ı ilə qarşılaşıb. Matç almanların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandalar arasında keçirilən ilk görüş 2:2 hesablı bərabərliklə yekunlaşdığı üçün münxenlilər mərhələni adlayan tərəf olublar.
Günün digər oyununda "Mançester Siti" və "Real Madrid" üz-üzə gəlib. İlk matçda (3:3) olduğu kimi, bu görüş də (1:1) heç-heçə ilə yekunlaşıb. Əlavə vaxtda da qapılara qol vurulmadığı üçün penaltilər seriyası baş tutub. Burada daha dəqiq olan "Real Madrid" (4:3) yarımfinala vəsiqə qazanıb və "Bavariya"nın rəqibi olub.
Qeyd edək ki, yarımfinalın digər görüşü "Borussiya Dortmund" (Almaniya) və PSJ (Fransa) arasında baş tutacaq.
KDÇ: "Yuventus" və "Real Madrid"dən qələbə
Azərbaycan badmintonçuları Serbiyada qızıl və bürünc medal qazanıblar
Burak Yılmaz Superliqa klubundan ayrılıb