×
A
A
A
Sazlamalar

Azərbaycan diplomatları Şanxay Əməkdaşlıq Təşkilatının şahmat turnirində 2-ci yeri tutublar

Pekin, 30 aprel, AZƏRTAC

Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Pekindəki katibliyində qurumun üzvü, müşahidəçisi və dialoq tərəfdaşı olan ölkələrin diplomatları arasında şahmat turniri keçirilib.
AZƏRTAC xəbər verir ki, təşkilata hazırda sədrlik edən Qazaxıstanın təşəbbüsü ilə təşkil olunan və 14 ölkənin Pekindəki diplomatlarının, habelə ŞƏT-in katibliyinin əməkdaşlarının mübarizə apardığı yarışda Azərbaycan 2-ci yeri tutub. Qazaxıstan komandası 1-ci, Nepal isə 3-cü olub.
Azərbaycan diplomatı Ceyhun Məmmədov yarışın ən yaxşı oyunçusu elan edilib.
Tədbir Qazaxıstanın Şahmat Federasiyasının dəstəyi ilə bu ölkənin Pekindəki səfirliyinin və Şanxay Əməkdaşlıq Təşkilatının katibliyinin təşkilatçılığı ilə keçirilib.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

İdman 2024-04-30 11:07:00