×
A
A
A
Sazlamalar

® “Rabitəbank” 2024-cü ilin 1-ci rübü üzrə maliyyə göstəricilərini açıqlayıb

“Rabitəbank” 2024-cü ilin 1-ci rübünün nəticələrinə əsasən bütün göstəricilər üzrə dinamik artıma nail olub. Belə ki, yanvar-mart ayları 4 milyon 313 min manat xalis mənfəətlə başa vurulub. Bank aktivlərini ötən ilin müvafiq dövrü ilə müqayisədə 17 faiz artıraraq 1 milyard 80 milyon manata çatdırıb.
Hesabata əsasən, 2023-cü ilin eyni dövrü ilə müqayisədə bankın kredit portfeli 13 faiz artaraq 717 milyon 380 min manat təşkil edib. Belə ki, istehlak kreditləri 14 faiz artaraq 245 milyon 847 min manat, biznes kreditləri portfeli 6 faiz artaraq 329 milyon 761 min manat, daşınmaz əmlak kreditləri portfeli isə 35 faiz artaraq 141 milyon 773 min manat olub.
2024-cü ilin 1-ci rübündə ötən ilin müvafiq dövrü ilə müqayisədə “Rabitəbank”ın faiz gəlirləri 31 faiz artaraq 26 milyon 680 min manat, qeyri-faiz gəlirləri isə 29 faiz artaraq 13 milyon 667 min manat təşkil edib.
2024-cü ilin 1-ci rübündə müştəri depozitləri 24 faiz artaraq 679 milyon 434 min manata çatıb. Belə ki, fiziki şəxslərin depozitləri 39 faiz artaraq 450 milyon 693 min manat, hüquqi şəxslərin depozitləri isə 2 faiz artaraq 228 milyon 741 min manat olub.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə “Rabitəbank”ın məcmu kapitalı 11 faiz artaraq 115 milyon 796 min manat təşkil edib.
“Rabitəbank” ASC 16 region və Bakı şəhəri üzrə ümumilikdə 28 xidmət məntəqəsi, 74 ATM-i, “Rabita Mobile” tətbiqi, İnternet bankçılıq platforması, “RabitaBot” çatbotu və 133 nömrəli Çağrı mərkəzi ilə müştərilərin xidmətindədir.

İqtisadiyyat 2024-04-17 17:04:00