×
A
A
A
Sazlamalar

Nizami rayonunda küçənin bir hissəsi təmir olunub

Bakı, 30 aprel, AZƏRTAC

Bakı şəhəri Nizami rayonu Elşən Süleymanov küçəsinin bir hissəsində təmir işləri aparılıb.
Agentlikdən AZƏRTAC-a verilən məlumata görə, təmir işləri küçənin Bəhruz Nuriyev küçəsindən Cəmşid Naxçıvanski küçəsinədək olan hissəsində aparılıb. Sözügedən hissənin uzunluğu 660 metr, eni isə 13,33 metrdir.
Təmir işləri çərçivəsində deformasiyaya uğramış asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, küçəyə yeni asfalt-beton örtüyü döşənib, küçə boyu mövcud piyada səkilərinin bərpası işləri görülüb.
Bu işlərə paralel olaraq yeraltı kommunikasiya xətlərinin baxış qapaqlarının layihə hündürlüyünə qaldırılması, yeni baxış qapaqlarının və yağış barmaqlıqlarının qoyulması işləri də icra olunub.
Yenidənqurma işlərinin son mərhələsində küçə zəruri yol nişanları, üfüqi nişanlanma xətləri ilə təmin olunub.

İqtisadiyyat 2024-04-30 16:28:00