×
A
A
A
Sazlamalar

Beyləqanın Xocavənd qəsəbəsində 900 ağac əkilib

Beyləqan, 17 aprel, T.Ağaməmmədov, AZƏRTAC

“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Beyləqanın Xocavənd qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiyada Xocavənd Rayon İcra Hakimiyyətinin, YAP rayon təşkilatının, hüquq mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Aksiya zamanı ərazinin torpaq-iqlim şəraitinə uyğun müxtəlif cinsli 900 ədəd ağac əkilib.
Yeni əkilmiş ağaclar suvarılıb, aqrotexniki qulluq göstərilib.

Regionlar 2024-04-17 16:31:00