×
A
A
A
Sazlamalar

AMEA-da özbək ədəbiyyatı tarixinə dair monoqrafiya hazırlanır

Bakı, 17 aprel, AZƏRTAC

AMEA-da özbək ədəbiyyatı tarixinə dair monoqrafik tədqiqat əsərinin nəşr edilməsi barədə qərar qəbul edilib.
Bu barədə AZƏRTAC-a AMEA-dan məlumat verilib. Bildirilib ki, AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin rəhbərliyi ilə hazırlanacaq monoqrafiyada özbək ədəbiyyatının qədim tarixi, formalaşması, inkişaf mərhələləri və əsas yaradıcıları barədə tədqiqatlar öz əksini tapacaq. Monoqrafiyaya dair materialların toplanılması, sistemləşdirilməsi və nəşrə hazırlanması Azərbaycan tərəfdən Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun aparıcı elmi işçisi filologiya elmləri doktoru Yaşar Qasımbəyliyə, Özbəkistandan isə Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetinin professoru Nurbay Cabbarova tapşırılıb.
Azərbaycan-Özbəkistan elmi əlaqələrinə mühüm töhfə olacaq monoqrafik tədqiqat əsərinin “Elm” nəşriyyatında çap edilməsi nəzərdə tutulub.

Elm və təhsil 2024-04-17 16:16:00