×
A
A
A
Sazlamalar

“Rabitəbank”ın əməkdaşı: Karyera Festivalında 10 vakansiya təqdim edirik

Bakı, 30 aprel, AZƏRTAC

“Rabitəbank” Bakı Dövlət Universitetində keçirilən Karyera Festivalında 10 vakansiya ilə iştirak edir.
Bunu AZƏRTAC-a müsahibəsində Bakı Dövlət Universiteti və Dövlət Məşğulluq Agentliyinin birgə təşkilatçılığı ilə keçirilən Karyera Festivalında “Rabitəbank”ın işə qəbul üzrə aparıcı mütəxəssisi Aytac Rəcəb söyləyib. O bildirib ki, hazırkı vakansiyalar bank proqramları, rəqəmsal sahələr, biznes bankçılıq və riteyl bankçılıq sahələrini əhatə edir.
“Təcrübə proqramlarımız hazırda aktiv deyil, yenicə bitib. Bizim “CustomerCare” layihəmiz var idi. Həmin layihə üzrə 15-dən çox təcrübəçi işlə təmin edildi. Hazırda onlar əmək müqaviləsi əsasında fəaliyyət göstərirlər”, - deyə aparıcı mütəxəssis əlavə edib.
Onun sözlərinə görə, növbəti təcrübə proqramı yay ayları üçün planlaşdırılır: “Tələbələr bu proqrama müraciət edə bilərlər. Onlar “Rabitəbank”ı sosial şəbəkələrdən də izləyə bilərlər. Həmçinin bankın karyera saytına daxil olmaqla CV-lərini təqdim etmələri bunun üçün kifayət edir”, - deyə aparıcı mütəxəssis fikrini yekunlaşdırıb.

Elm və təhsil 2024-04-30 13:55:00