×
A
A
A
Sazlamalar

Qərbi Afrikada hər il təxminən 40 yeni epidemiya qeydə alınır

Bakı, 17 aprel, AZƏRTAC

Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin (ECOWAS) ərazisində hər il təxminən 40 yeni epidemiya qeydə alınır.
AZƏRTAC “China.org” saytına istinadla xəbər verir ki, Qərbi Afrika Səhiyyə Təşkilatının nümayəndəsi fövqəladə hallarının effektiv idarə olunması üçün bütün maraqlı tərəflərin səylərini birləşdirməyə çağırıb.
Fil Dişi Sahili Respublikası Sağlamlıq Nazirinin nümayəndəsi Çarlz Koffi Aka epidemiyaların qarşısını almaq üçün qarşılıqlı ünsiyyəti gücləndirməyin vacibliyini bildirib.
Məlumatda qeyd olunur ki, bölgədə ən çox yayılmış epidemiyalara qızılca, vəba, meningit, “Lassa” qızdırması və sarı qızdırma daxildir.

 

 

 

Dünya 2024-04-17 15:34:00