Azərbaycan ilə Pakistan arasında müdafiə sənayesi sahəsində əməkdaşlıq inkişaf edir
Bakı, 17 aprel, AZƏRTAC
Aprelin 17-də müdafiə sənayesi naziri Vüqar Mustafayev Pakistan İslam Respublikasının ölkəmizdəki səfiri Bilal Hayenlə görüşüb.
Müdafiə Sənayesi Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qonağı salamlayan nazir Pakistanın Azərbaycanın müstəqilliyini dəstəkləyən ilk dövlətlərdən biri olduğunu qeyd edib. O, iki dost ölkə arasında əlaqələrin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və bu münasibətlərin dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilərək strateji müttəfiqlik səviyyəsinə yüksəldiyini vurğulayıb.
B.Haye Azərbaycan ilə Pakistan arasındakı güclü dostluq əlaqələrinin mövcudluğunu və münasibətlərin yüksələn xətlə davam etdiyini diqqətə çatdırıb.
Görüşdə siyasi, iqtisadi-ticari, müdafiə, təhlükəsizlik, mədəniyyət, təhsil və digər sahələrdə olduğu kimi, müdafiə sənayesi sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyi vurğulanıb, hər iki tərəfi maraqlandıran digər mövzular haqqında fikir mübadiləsi aparılıb.
Ötən gün 11 kiloqrama yaxın narkotik vasitə aşkarlanıb
Türk Dövlətləri Autizm Federasiyasının Bakı toplantısı təşkil olunub
DİN: Aprelin sonuncu günündə xeyli silah və sursat təhvil götürülüb
DİN: Ötən gün 67 cinayətin üstünün açılması təmin olunub
Lənkəranda evlərdən mobil telefonlar oğurlayan şəxs saxlanılıb