×
A
A
A
Sazlamalar

Türk Dövlətləri Autizm Federasiyasının Bakı toplantısı təşkil olunub

Bakı, 1 may, AZƏRTAC

Ötən gün Türk Dövlətləri Autizm Federasiyasının (TDAF) Bakı toplantısı baş tutub.
AZƏRTAC xəbər verir ki, toplantıda Azərbaycan, Türkiyə, Qazaxıstan, Türkmənistan, Qırğızıstan, Özbəkistan və Rusiya Federasiyasının Tatarıstan Respublikasının Autizm təşkilatlarının nümayəndələri iştirak ediblər.
Tədbirdə TDAF-ın prezidenti Elnur Məmmədli hesabatla çıxış edib və digər ölkələrin nümayəndələri fəaliyyətləri barədə qısa məlumat veriblər.
Toplantının gündəliyində olan, Rusiya Federasiyasının Tatarıstan Respublikasının və Türkmənistanın Autizm təşkilatlarının TDAF-a üzv seçilməsi, əməkdaşlığın perspektivləri, hesabatlar, qarşılıqlı fəaliyyət protokolunun imzalanması və seçki məsələləri müzakirə edilib.
Milli Məclisin deputatı Vüqar İskəndərov yekdilliklə Türk Dövlətləri Autizm Federasiyasının fəxri prezidenti seçilib.
Mayın 1-2-də təşkilatın beynəlxalq sərgisi və konfransı keçiriləcək.

Cəmiyyət 2024-05-01 10:36:00