×
A
A
A
Sazlamalar

DİN: Aprelin sonuncu günündə xeyli silah və sursat təhvil götürülüb

Bakı, 1 may, AZƏRTAC

Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, aprelin 30-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 qumbara, 2 tüfəng, 3 patron darağı və 95 müxtəlif çaplı patronu təhvil götürüblər.
Həmin gün həyata keçirilən əməliyyat tədbirləri nəticəsində qanunsuz saxlanılan 7 tüfəng və 60 müxtəlif çaplı patron aşkarlanaraq götürülüb.

Cəmiyyət 2024-05-01 10:32:00