×
A
A
A
Sazlamalar

Ramil Şeydayev Türkiyə çempionatında cəzalı duruma düşə bilər

Bakı, 17 aprel, AZƏRTAC

Azərbaycan millisinin və Türkiyənin “Kocaelispor” klubunun futbolçusu Ramil Şeydayev sarı vərəqə limitindədir.
AZƏRTAC xəbər verir ki, 28 yaşlı hücumçu Türkiyə I Liqasında “Ümraniyəspor”a qarşı keçirəcəkləri XXXI tur matçında rəsmi xəbərdarlıq alacağı təqdirdə cəzalı duruma düşəcək. Nəticədə o, növbəti turun “Bandırmaspor”la ev qarşılaşmasında komandasına kömək edə bilməyəcək.
“Giresunspor”a qalib gəldikləri (2:0) görüşün 16-cı dəqiqəsində cəzalandırılan təcrübəli forvardın passivində hazırda 3 sarı vərəqə var.
Qeyd edək ki, Ramil Şeydayev bu mövsüm Kocaeli təmsilçisinin heyətində ümumilikdə 11 matçda 1 qolla yadda qalıb.

 

İdman 2024-04-17 14:42:00