Xaçmazda elektrik enerjisinin verilişi məhdudlaşdırılıb
Bakı, 17 aprel, AZƏRTAC
Xaçmaz rayonu inzibati ərazisində yerləşən Xudat 110/35/10 kv-luq Yarımstansiyada 2-ci bölmənin təmirə çıxarılması ilə əlaqədar bu gün səhər saatlarından etibarən bir sıra ərazilərdə elektrik enerjisinin verilişində məhdudiyyət yaranıb.
“Azərişıq” ASC-dən AZƏRTAC-a bildirilib ki, sözügedən ərazilərə Xaçmaz inzibati rayonunun tərkibinə daxil olan Xudat şəhəri, Şollar, Susayqışlaq, Pərdiqıran, Köhnə Xudat, Çaxçaxlı kəndləri, 4, 5, 6-cı şöbə ərazisi, Konservzavod qəsəbəsi yeni yaşayış massivi daxildir.
“Azərişıq” ASC istehlakçıların elektrik təchizatının yaxşılaşdırılması məqsədilə sözügedən ərazidə yenidənqurma işləri həyata keçirəcək. Görülən yenidənqurma işləri gün ərzində yekunlaşdırılaraq elektrik enerjisinin verilişi tam təmin ediləcək.
Ağstafada yol qəzası olub, xəsarət alanlar var
Xaçmazda avtomobil Qudyalçaya düşüb, yaralananlar var
Şəkidə biçilmiş taxıl sahəsində baş verən yanğın söndürülüb
Şəhid polkovnik-leytenant Raquf Orucovun xatirəsinə cüdo turniri keçirilib