Qırğızıstanda TikTok sosial şəbəkəsinə giriş məhdudlaşdırılacaq
Bakı, 17 aprel, AZƏRTAC
Qırğızıstan Milli Təhlükəsizlik Komitəsi respublika ərazisində TikTok sosial şəbəkəsinə girişin məhdudlaşdırılması barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyi məlumat yayıb.
“Qırğızıstan Milli Təhlükəsizlik Komitəsinin ölkə ərazisində TikTok sosial şəbəkəsi ilə bağlı əsaslandırılmış qərarına əsasən, göstərilən xidmətə çıxışı məhdudlaşdırmaq üçün rabitə sahəsində tənzimləmə və nəzarət xidməti telekommunikasiya operatorlarına məktub göndərib”, - deyə məlumatda bildirir.
Nazirlikdən verilən məlumata görə, qərarın qəbul edilməsinə sosial şəbəkənin “Qırğızıstan Respublikasında uşaqların sağlamlığına, onların fiziki, intellektual, əqli, mənəvi və əxlaqi inkişafına zərərin qarşısının alınması üzrə tədbirlər haqqında” qanuna əməl etməməsi səbəb olub.
Hələ 2023-cü ilin avqustunda Qırğızıstan Mədəniyyət Nazirliyi TikTok sosial şəbəkəsini bloklamaq barədə qərar qəbul edib. Qərarın qanun çərçivəsində həyata keçirilməsi üçün Rəqəmsal İnkişaf Nazirliyinə müvafiq müraciət göndərilib.
Qeyd edək ki, Qazaxıstanda da resursun bloklanması ilə bağlı müzakirələr gedir. Senator Alişer Satvaldiyev parlament sorğusunda TikTok platformasında neqativ kontentin yayılması problemini qaldırıb.
Böyük Britaniyada dəniz suyundakı karbonun çıxarılması məqsədilə layihəyə start verilib
Almaniya silahlı qüvvələrində xidmət etmək istəyənlərin sayı artır
“Xanların şəcərəsi”: Qazax əlyazması dünya irsinə daxil edilib
Yaponiya Ukraynaya təqribən 3 milyard dollar kredit verəcək
Aİ iqlim dayanıqlığı və su təhlükəsizliyi layihələrinə 86 milyon avro investisiya qoyur