×
A
A
A
Sazlamalar

Rusiya hökuməti istefaya göndərilib

Moskva, 7 may, AZƏRTAC

Rusiya hökuməti istefaya göndərilib.
AZƏRTAC xəbər verir ki, Mixail Mişustin yeni seçilmiş Rusiya Prezidenti qarşısında hökumətin səlahiyyətlərinə xitam verilməsi barədə sərəncam imzalayıb.
Hökumətin yeni tərkibinin formalaşdırılması proseduru Baş nazirin təyinatı ilə başlayır, namizədin Dövlət Duması tərəfindən təsdiqlənməsindən sonra ölkə Prezidenti Fərman verir. Hökumət sədri öz təyinatından sonra bir həftəlik müddətdən gec olmayaraq federal icra hakimiyyəti orqanlarının strukturu barədə dövlət başçısına təkliflər təqdim edir”, - deyə RF hökuməti öz “Telegram” kanalında məlumat verib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Vladimir Putin Baş nazir postuna namizədi artıq mayın 7-də təklif edə bilər.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2024-05-07 15:19:00