×
A
A
A
Sazlamalar

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Bakı, 16 aprel, AZƏRTAC

Bazar günü Meksikanın paytaxtında 34,2 dərəcə Selsi rekord temperatur qeydə alınıb.
AZƏRTAC xəbər verir ki, Meksika Milli Meteorologiya Xidmətinin (MMMX) məlumatına görə, bu, yeni aylıq və illik rekorddur.
“Bu gün günorta yeni tarixi maksimal temperatur rekordu qeydə alınıb. Takubay Meteorologiya Rəsədxanasının Meteorologiya xidməti 34,2 dərəcə isti qeydə alıb, bu da 1998-ci ildəki 33,9 dərəcə göstəricini üstələyib”, - deyə təşkilatın “X” sosial şəbəkəsində dərc edilən məlumatda deyilir.
İstirahət günlərinə MMMX Meksika ərazisinin əksər hissəsində 40-45 dərəcə temperatura qədər bu ilin ilk istilik dalğasını proqnozlaşdırıb.

Dünya 2024-04-16 17:47:00