Bu il pensiya, müavinət, təqaüd və ünvanlı yardımlar üzrə əhaliyə 2 milyard 183 milyon manat ödənilib
Bakı, 16 aprel, AZƏRTAC
Azərbaycanda sosial ödənişlər üzrə ayrılan vəsaitlərin həcmində artım dinamikası bu il də davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin yanvar-mart aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 2 milyard 183 milyon manat ödənilib. Bu, ötən ilin müvafiq dövrünə nisbətən 224,4 milyon manat və ya 11,5 faiz çoxdur.
Qeyd edək ki, sosial ödənişlərin artırılması istiqamətində növbəti addım kimi, bu ilin əvvəlindən bütün pensiyaların ötən il üzrə orta aylıq əməkhaqqı artımına uyğun olaraq 11,2 faiz indeksləşdirilməklə artırılması təmin edilib.
Ankarada Əhməd Cavad adına İnstitut yaradılacaq
Sabunçuda arvadını qətlə yetirməkdə şübhəli bilinən şəxslə bağlı cinayət işi başlanılıb
Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb
Azərbaycanda mayın 6-na gözlənilən hava proqnozu
Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb