×
A
A
A
Sazlamalar

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən sürücü saxlanılıb

Bakı, 5 may, AZƏRTAC

Göyçayda avtomobili narkotik vasitənin təsiri altında idarə edən İ.Əhmədov rayon polis şöbəsinin dövlət yol polisi bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, yol verdiyi qayda pozuntusuna görə saxlanılan sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin nəticəsinə əsasən, həmin şəxsin marixuana istifadə etdiyi məlum olub.
Məhkəmənin qərarı ilə İ.Əhmədovun sürücülük hüququ altı ay müddətinə məhdudlaşdırılıb.

Cəmiyyət 2024-05-05 09:44:00