×
A
A
A
Sazlamalar

Dörd ayda əhalinin sosial ödənişlərinə 2 milyard 914 milyon manat xərclənib

Bakı, 18 may, AZƏRTAC

Sosial ödənişlərə yönəldilən vəsaitlərdə artım dinamikası 2024-cü ildə də davam edir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu ilin yanvar-aprel aylarında pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları üzrə əhaliyə 2 milyard 914 milyon manat vəsait ödənilib.
Bu da ötən ilin müvafiq dövrünə nisbətən 288 milyon manat və ya 11 faiz çoxdur.

Cəmiyyət 2024-05-18 16:25:00