×
A
A
A
Sazlamalar

Sabunçuda həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb

Bakı, 5 may, AZƏRTAC

Mayın 5-də saat 15:30 radələrində Sabunçu rayonu ərazisində 1996-cı il təvəllüdlü Məmmədova Ayşən Namaz qızının boğularaq qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, onun həyat yoldaşı, cinayət əməlini törətməkdə şübhəli bilinən 1996-cı il təvəllüdlü Məmmədov Nurəddin Mehbalı oğlu polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırma aparılır.

Cəmiyyət 2024-05-05 16:50:00