Vyetnam kriptovalyuta sektorunun inkişafı üçün hüquqi baza hazırlayacaq
Bakı, 15 aprel, AZƏRTAC
Vyetnam kriptovalyutadan istifadəni qadağan etmək niyyətində deyil, lakin ölkədə kriptovalyuta sektorunun inkişafını təmin etmək və mümkün risklərin qarşısını almaq üçün qanunvericilik bazası hazırlamalıdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Vyetnam Ədliyyə Nazirliyinin iqtisadi və mülki qanunvericilik departamentinin direktor müavini Kao Danq Vin deyib.
“Virtual aktivlər və rəqəmsal valyutalar haqqında fərqli fikirlər mövcuddur. Müxtəlif ölkələr kriptovalyuta sektorunun idarə edilməsinə fərqli yanaşır. Bütün mümkün risklərin qarşısını almaq üçün kriptovalyuta sektorunda qanunvericilik bazası inkişaf etdirməlidir”, - deyə Kao Danq Vin bildirib. Onun sözlərinə görə, Vyetnamda indiyədək qanuni aktiv sayılmayan kriptovalyutaların idarə edilməsi qaydaları mövcud olmayıb.
Qeyd edək ki, bir müddət əvvəl Vyetnam hökuməti Maliyyə Nazirliyinə 2025-ci ilin may ayınadək kriptovalyuta bazarını tənzimləmək üçün hüquqi bazanın işlənib hazırlanmasını tapşırıb.
Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var
İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib
Şolts: 35 min Alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır
Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir
Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır