×
A
A
A
Sazlamalar

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Bakı, 6 may, AZƏRTAC

Ankara HƏMAS hərəkatının Qəzza zolağında Misir və Qətərin təklif etdiyi atəşkəs sazişi layihəsinə razılığını alqışlayır.
AZƏRTAC xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada onun sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.
“Biz HƏMAS-ın vasitəçilərin Qəzzada atəşkəs təklifini qəbul etmək qərarını alqışlayırıq və İsraildən də oxşar addımlar gözləyirik”, – deyə Ərdoğan vurğulayıb.

Dünya 2024-05-06 21:40:00