İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib
Bakı, 6 may, AZƏRTAC
İsrail hökuməti yekdilliklə Qəzza zolağının cənubundakı Rəfah şəhərində hərbi əməliyyatların davam etdirilməsi barədə qərar qəbul edib.
AZƏRTAC xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahunun ofisinin bəyanatında deyilir.
“İsrail HƏMAS-a hərbi təzyiq göstərmək, girovlarımızın azad edilməsini asanlaşdırmaq və digər müharibə məqsədlərinə nail olmaq üçün Rəfah əməliyyatını davam etdirəcək”, - bəyanatda bildirilir.
Eyni zamanda, İsrail Qəzza ilə bağlı danışıqları davam etdirmək üçün Qahirəyə nümayəndə heyəti göndərmək niyyətini açıqlayıb.
Çinin kənd təsərrüfatı naziri haqqında təhqiqat başlanıb
Böyük Britaniyada minlərlə insan suların çirklənməsinə görə aksiya keçirib
Avropa İttifaqı və Almaniya ekoloji məsələlərdə yekdil deyil
Britaniyanın müdafiə naziri: Rusiya ilə birbaşa münaqişədə olmaq istəmirik