×
A
A
A
Sazlamalar

Salyanda baş verən yol qəzasında 2 nəfər yaralanıb

Salyan, 15 aprel, Aydın Yavərzadə, AZƏRTAC
Salyan rayonunda yol qəzası baş verib, nəqliyyat vasitəsinin aşması nəticəsində xəsarət alanlar olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə ötən gün saat 22 radələrində Ələt-Astara avtomobil yolunun Kürsəngi kəndi ərazisində qeydə alınıb. Nəqliyyat vasitəsinin idarəetmədən çıxaraq aşması nəticəsində Bilal Rüstəmov və Ağa Ağamalıyev müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.

Regionlar 2024-04-15 00:46:00