×
A
A
A
Sazlamalar

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

Sumqayıt, 8 may, AZƏRTAC

Sumqayıt Şəhər Polis İdarəsi 5-ci Polis Bölməsinin əməkdaşlarının vətəndaşlardan daxil olan müraciətlər əsasında keçirdikləri tədbirlər nəticəsində, özünü qazi kimi təqdim edərək dələduzluq əməlləri törətməkdə şübhəli bilinən 1989-cu il təvəllüdlü Elşad Nağıyev saxlanılıb.
AZƏRTAC xəbər verir ki, onun Sumqayıt şəhəri ərazisində yaşayan iki nəfər Vətən müharibəsi qazisinə guya həmin şəxslərə dövlət tərəfindən növbəsiz avtomobil almaqda kömək göstərəcəyi vədi verərək zərərçəkənlərin müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirdiyi məlum olub.
Araşdırmalarla saxlanılan şəxsin Vətən müharibəsi iştirakçısı və ya qazisi olmadığı məlum olub.
E.Nağıyev barəsində araşdırmalar davam etdirilir.
Onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə polis orqanlarına müraciət edə bilərlər.

 

Regionlar 2024-05-08 21:14:00