×
A
A
A
Sazlamalar

Türkiyənin xarici işlər naziri İran-İsrail qarşıdurması ilə bağlı telefon danışıqları aparıb

İstanbul, 14 aprel, Günel Karatepe, AZƏRTAC

Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir Abdullahian arasında telefon danışığı olub.
AZƏRTAC xəbər verir ki, söhbət zamanı aprelin 13-də İran tərəfindən İsrailə edilən hücuma toxunan Hakan Fidan bölgədəki gərginliyin daha da artmasını istəmədiklərini, buna səbəb olacaq addımların yekunlaşmasını arzuladıqlarını vurğulayıb.
İranın xarici işlər naziri İsrailə qarşı başladılan hücumun başa çatdırıldığını, ölkəsinin hücumlara məruz qalmadığı təqdirdə yeni bir hərəkata başlamayacağını bildirib.
Abdullahian İranın yenidən hücuma məruz qalacağı təqdirdə növbəti dəfə daha sərt cavab verəcəyini deyib.
Türkiyənin XİN rəhbəri daha sonra Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ilə telefon danışığı aparıb. Hər iki nazir bölgədəki gərginliyin daha da artmamasının zəruriliyini vurğulayıblar.

Dünya 2024-04-14 16:46:00