×
A
A
A
Sazlamalar

Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib

London, 8 may, AZƏRTAC

Şotlandiyanın yeni seçilən birinci naziri Con Svinni rəsmi olaraq and içib.
AZƏRTAC xəbər verir ki, bununla bağlı mərasim Edinburqdakı Sessiya Məhkəməsində Şotlandiyanın ən yüksək səviyyəli hakimi Lord Karloveyin qarşısında baş tutub. Con Svinni and içib və krala sədaqətini bəyan edib.
Şotlandiya Milli Partiyasının (SNP) lideri olaraq Hamza Yusifi əvəz edən Con Svinninin kabinetini təyin etməyə başlayacağı gözlənilir.
Qeyd edək ki, Con Svinni Şotlandiyanın yeddinci birinci naziridir.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London

Dünya 2024-05-08 14:57:00