Çexiyada pivə istehlakı tarixi minimuma enib
Bakı, 8 may, AZƏRTAC
Çexiyada pivə istehlakı hər sakinə ildə 128 litr olmaqla, tarixi minimuma enib.
AZƏRTAC xəbər verir ki, bu barədə Çexiya pivə zavodları ittifaqının yaydığı press-relizdə deyilir. “2023-cü ildə Çexiyada pivə istehlakı koronavirus pandemiyası zamanı tətbiq edilən məhdudiyyətlər dövründəki orta statistik göstəricilərdən də aşağı düşüb”, - deyə press-relizdə bildirilir.
Statistikaya görə, ötən il respublikanın hər sakini 2022-ci illə müqayisədə 8 litr az pivə içib. Restoran, kafe və barlarda satılan pivənin payı isə illik ifadədə bir faiz azalaraq ümumi istehlakının 30 faizini təşkil edib.
2023-cü ildə Çexiyada 20 milyon hektolitr pivə istehsal edilib. Bu, 2022-ci illə müqayisədə 2,4 faiz azdır. Respublikanın daxili bazarında spirtli içkilərin istehlakı 400 min hektolitr azalaraq 15,2 milyon hektolitrə enib. Həmçinin ölkədə tərkibində spirt olan pivəyə tələbat azalır, onun alkoqolsuz variantına tələbat isə artır.
Ekspertlərin fikrincə, pivə istehlakına Çexiyadakı qeyri-müəyyən iqtisadi vəziyyət və istehlakçıların davranışındakı dəyişikliklər təsir göstərir. Eyni zamanda, bu, respublika sakinlərinin sağlam həyat tərzinə meyili ilə izah edilir.
Türkiyənin Milli Müdafiə Nazirliyi İrana hərbi helikopter və PUA göndərib
Nigeriya ordusu yaraqlıların əsir götürdüyü 386 nəfəri azad edib
Türkiyə İrana xilasedici qruplar göndərib
Ərdoğan: Türkiyə hadisəni İranın rəsmi orqanları ilə koordinasiyada yaxından izləyir
Türkiyə XİN İran Prezidentinin olduğu helikopterin sərt eniş etməsi ilə bağlı bəyanat yayıb