×
A
A
A
Sazlamalar

Rusiya region ölkələrinin mövcud problemləri diplomatik vasitələrlə həll edəcəyinə ümidvardır

Moskva, 14 aprel, AZƏRTAC

Rusiya Xarici İşlər Nazirliyi İranın İsrail ərazisinə hücumları ilə bağlı narahatlığını bildirib.
AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin xarici siyasət idarəsinin saytında dərc olunmuş bəyanatında bildirilir.
Vurğulanır ki, rəsmi Moskva bütün tərəfləri təmkinli olmağa çağırır və region dövlətlərini mövcud problemləri siyasi və diplomatik vasitələrlə həll edəcəyinə ümidvardır.

Fəridə Abdullayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Moskva

Dünya 2024-04-14 15:59:00